Şahdağda yeni yaşayış konsepsiyası formalaşır. "Shahdag Residences and Chalets" sadəcə yaşayış kompleksi deyil, "Shahdag Tourism"in ərazisində, fəaliyyətdə olan dağ-xizək kurortunun mərkəzində yerləşən və yaşayışı kurort təcrübəsi ilə birləşdirən unikal residential resort layihəsidir. Layihənin lokasiyası sakinlərə kanat xətlərinə, gölə, "Après-Ski" zonasına və kurortun mərkəzi hissəsinə rahat çıxış imkanı yaradır.
"Shahdag Residences and Chalets" müştərilərə müxtəlif ölçü və planlaşdırma həllərinə malik mənzillər, o cümlədən "duplex" formatlı rezidensiyalar və tam təmirli (full finishing) yaşayış sahələri təqdim edir. Layihədə yaşayış rahatlığını tamamlayan "konsyerj" və digər xidmətlərin də göstərilməsi nəzərdə tutulur.
Layihənin əsas ideyası ilin dörd fəslində fərqli həyat tərzi və istirahət imkanları təqdim etməkdir. Qışda xizək və snoubord, qar mənzərələri, "Après-Ski", restoranlar və şömine ətrafında istirahət; yazda təbiətin oyanışı, dağ gəzintiləri və açıq hava fəaliyyətləri; yayda göl kənarında istirahət, təmiz dağ havası, "outdoor" fəaliyyətlər və ailəvi vaxt; payızda isə rəngarəng dağ mənzərələri, sakitlik və təbiətlə təmas kurort həyatının fərqli ssenarilərini formalaşdırır.
Layihənin memarlıq konsepsiyası Avropanın dağ kurortlarının estetikası ilə Azərbaycanın unikal təbiətini birləşdirir. Təbii daş, ağac, panoramik şüşələr, dağ landşaftı və göllər vahid memarlıq obrazı yaradır. "Shahdag Residences and Chalets"in yaradılmasında müxtəlif sahələr üzrə beynəlxalq səviyyəli mütəxəssislər iştirak edir: "Chapman Taylor" memarlıq və master-plan, "Belenko" interyer, MET Dizayn konstruktiv həllər," IWS Engineerin"g mühəndislik, RWDI iqlim və aerodinamika, DS landşaft, "LC Studio" isə işıqlandırma istiqamətində layihəyə töhfə verir. Bu əməkdaşlıq layihənin beynəlxalq səviyyəli kurort məhsulu kimi formalaşdırılmasına yönəlib.
"Shahdag Residences and Chalets"də diqqət yalnız binalara deyil, burada formalaşacaq həyat tərzinə yönəlib. Səhər dağ mənzərəsinə qarşı qəhvə, günorta xizək və ya dağ gəzintisi, axşam isə "Après-Ski" restoranında ailə və dostlarla istirahət - burada gündəlik həyatın bir hissəsinə çevrilir. "Town Square", promenad, kafelər, kommersiya zonaları, göl və istirahət məkanları isə kurort atmosferini tamamlayır.
Beləliklə, "Shahdag Residences and Chalets" sadəcə dağ mənzərəli yaşayış məkanı deyil, qışdan yaya, yazdan payıza, aktiv istirahətdən sakit ailəvi vaxta qədər uzanan, ilin bütün fəsillərində yaşayan vahid kurort təcrübəsidir.
Rəsmi sayt: https://shahdag1700.com/
"Instagram": https://www.instagram.com/shahdag1700?dlrf=MWwyeTJ0YWQxZTV4Ng==
Satış məsələləri üzrə: sales@shahdagresidences.com
Zənglər / "WhatsApp": *0017 | (+994 10) 117-17-00








