2026-cı ildə "Popeyes Azerbaijan"ın həmtəsisçiləri Məhəmməd Əfəndiyev və Maykl Baldiqa dünyaca məşhur "Popeyes" brendini Azərbaycana gətiriblər. İlk restoran Bakıda açılıb. Qısa müddət sonra komanda paytaxtda ikinci restoranı da açaraq şəbəkəni genişləndirdi.
Bugünkü müsahibimiz "Popeyes Azerbaijan"ın həmtəsisçisi Maykl Baldiqadır. Onunla brendi Azərbaycana gətirmək fikrinin necə yarandığından və ilk restoranın açılışından sonra komandanın gördüyü işlərdən danışacağıq. Söhbətimizdə "Wolt"la əməkdaşlığın biznesin böyüməsində hansı rolu oynadığına və komandanın Azərbaycanda şəbəkəni genişləndirməklə bağlı gələcək planlarına da toxunacağıq.
1. "Popeyes" Azərbaycana necə gəldi? Brendi yerli bazara gətirmək ideyası necə yarandı?
Hər şey biznes məktəbində oxuduğum dövrdə etdiyimiz zarafatdan başladı. Bir gün söhbət əsnasında "Popeyes" brendini Azərbaycana gətirmək barədə zarafatlaşırdıq. Məhəmməd birdən dedi: "Niyə buna zarafat kimi baxırıq? Axı bu, əla ideyadır! Gəlin görək, Popeyes-i həqiqətən Azərbaycana gətirə bilərikmi?"
Əvvəllər Popeyes-ın baş ofisində çalışdığım üçün keçmiş həmkarlarımla əlaqə saxladım və brendi Azərbaycan bazarına gətirmək hüququnu əldə etmək imkanlarını araşdırmağa başladım.
"Popeyes" dünyanın ən tanınmış və sürətlə böyüyən toyuq əti restoranları şəbəkələrindən biridir. Xoşbəxtlikdən, həmin dövrdə bunun üçün əlverişli şərait yarandı və zarafatla başlayan ideyanı reallığa çevirə bildik.
2. Rəqabətin güclü olduğu bazarda "Popeyes"ı digərlərindən fərqləndirən nədir?
Strategiyamızın əsasını keyfiyyət təşkil edir. Restoranlarımızda istifadə olunan toyuq əti hər zaman təzə olur, heç vaxt dondurulmur. Ət 12 saat ərzində marinad edilir, daha sonra restoranın özündə əllə xüsusi qarışığa batırılır və unlanır.
Bu hazırlıq prosesi əlavə vaxt və zəhmət tələb etsə də, müştərilərimizə gözlədikləri dadı və keyfiyyəti təqdim etməyə imkan verir.
3. Çatdırılma tərəfdaşı olaraq niyə məhz "Wolt"u seçdiniz?
Bu gün çatdırılma xidməti restoran biznesinin ayrılmaz hissəsinə çevrilib. Müştərilərin istək və vərdişləri dəyişir, biz də bu dəyişikliklərə uyğunlaşmalıyıq.
Məqsədimiz yalnız restoranlarımıza gələn qonaqlara deyil, müxtəlif səbəblərdən bizi yerində ziyarət edə bilməyən insanlara da xidmət göstərməkdir.
"Wolt"la əməkdaşlıq bizə daha geniş müştəri auditoriyasına çatmaq və Popeyes-in sevilən təamlarını insanların olduğu hər yerə çatdırmaq imkanı yaradır.
4. "Wolt"la tərəfdaşlıq biznesinizə necə təsir göstərib?
Əməkdaşlığımız başlamazdan əvvəl də müştərilər "Popeyes"ı "Wolt" platformasında görmək istədiklərini tez-tez bildirirdilər.
"Wolt"a qoşulduqdan sonra satışlarımızda əlavə artım müşahidə etdik. Eyni zamanda, çatdırılma saatlarımızı genişləndirərək xidməti səhər saat 09:00-dan gecə 02:00-dək əlçatan etdik.
Bu addım xüsusilə ticarət mərkəzləri bağlandıqdan sonra da sifariş qəbul etməyimizə şərait yaratdı. Beləliklə, əvvəllər xidmət göstərə bilmədiyimiz müştərilərə çatmaqla yanaşı, brendimizin tanınmasını da artırdıq.
5. "Wolt"la həyata keçirdiyiniz uğurlu birgə marketinq kampaniyasından danışa bilərsinizmi?
"Wolt"la əməkdaşlığımızın başlanğıcı futbol üzrə FIFA Dünya Çempionatına təsadüf edib. "Wolt" bu münasibətlə ölkədə dünya çempionatının yayımlandığı əsas yayım platformalarında xüsusi reklam kampaniyası ilə bizə dəstək göstərib.
Biz də futbolun 11-ə 11 oyun formatından ilhamlanaraq xüsusi FIFA qutusu hazırladıq. Qutunun tərkibinə 11 ədəd toyuq filesi, 11 ədəd toyuq qanadı, iki sous və kartof fri daxil olub.
Bu kampaniya daha geniş auditoriyaya çatmağımıza, "Popeyes"ın tanınmasını artırmağımıza və daha çox insanın məhsullarımızı "Wolt" vasitəsilə sınamasına kömək edib.
6. Çatdırılma xidməti müştərilərin sifariş vərdişlərinə necə təsir edir?
Müşahidələrimiz göstərir ki, çatdırılma sifarişlərinin orta məbləği restoranda verilən sifarişlərlə müqayisədə daha yüksək olur.
Bunun əsas səbəblərindən biri müştərilərin çox vaxt ailə üzvləri və ya dostları üçün birlikdə sifariş verməsidir. Bundan əlavə, "Wolt" platformasında məhsulların fotoşəkillərlə təqdim olunması insanlarda yeni təamları sınamaq marağı yaradır.
Məsələn, FIFA kampaniyamız zamanı böyük qutulara tələbatın artdığını müşahidə etdik. Bu da sifarişlərin orta məbləğinin yüksəlməsinə təsir göstərib.
Lakin çatdırılma xidmətində yalnız satış göstəriciləri deyil, yeməyin keyfiyyəti və sifarişlərin düzgün hazırlanması da xüsusi əhəmiyyət daşıyır. "Wolt"la sifarişlərin götürülmə vaxtlarını əlaqələndiririk ki, yeməklər müştərilərə mümkün qədər təzə çatsın.
7. "Wolt"un hansı alətləri iş proseslərinizi və müştəri təcrübəsini yaxşılaşdırmağa kömək edir?
"Wolt"un ən çox dəyərləndirdiyim alətlərindən biri əsas əməliyyat göstəricilərini vahid sistemdə birləşdirən performans hesabatıdır.
Bu sistem vasitəsilə çatdırılma reytinqlərini, gecikən sifarişləri, ümumi çatdırılma müddətini və müştəri rəylərini izləyirik. Toplanan məlumatlar komandamızın fəaliyyətini qiymətləndirməyə və inkişaf etdirilməli məqamları müəyyənləşdirməyə kömək edir.
Məqsədimiz hər zaman mükəmməl olmaq deyil, hər həftə əvvəlkindən daha yaxşı nəticə göstərmək və müştərilərimizə daha yaxşı xidmət təqdim etməkdir.
8. "Wolt"la tərəfdaşlığınızı üç sözlə necə ifadə edərdiniz?
Əməkdaşlığa açıq, dəstəkverici və müasir.
"Wolt" əməliyyat və texniki məsələlərin həllində bizə etibarlı dəstək göstərir, eyni zamanda, yeni inkişaf imkanlarını birlikdə müəyyənləşdirməyimizə kömək edir.
Tərəfdaşlığımız yalnız gündəlik sifariş və çatdırılma prosesləri ilə məhdudlaşmır. Marketinq və texnologiya sahələrini də əhatə edən bu əməkdaşlıq sayəsində daim yenilənir, iş proseslərimizi təkmilləşdirir və müştərilərin dəyişən gözləntilərinə uyğunlaşırıq.