Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəhərin ən əyləncəli görüş nöqtəsi: "GRAND HYATT İSTANBUL"
İstanbulun ən mərkəzi və prestijli bölgəsində yerləşən, şəhərin dinamizmini dinc atmosferi ilə birləşdirən "GRAND HYATT İstanbul" qonaqlarına xüsusi bir istirahət təcrübəsi yaşadır.
Mərkəzi mövqeyi, möhtəşəm hovuzu, bənzərsiz ləzzətləri və yamyaşıl bağçasıyla "GRAND HYATT İstanbul" şəhərin ən əyləncəli görüşlərinə ev sahibliyinə davam edir.
"GRAND HYATT İstanbul"un üç restoranı və iki barı, baş aşpaz Yusuf Gülyiyenin məharətlə hazırladığı özəl reseptlərlə türk və dünya mətbəxinin ən sevilən dadlarını qonaqları ilə qovuşdurur.
Ənənəvi türk mətbəxini müasir təqdimatla bəzəyən 34 restoran, eyni zamanda beynəlxalq ləzzətləri aşpazın özünəxas toxunuşları ilə taclandırır. Hotelin bənzərsiz hovuzunun yanında yerləşən "Gazebo Pool Bar" sərinlədən kokteylləri və ləzzətli qəlyanaltı ilə yaz aylarının əvəzedilməzinə çevrilir, yaşıllıqlar içində yerləşən "Grasidi Gastro Garden" özünəməxsus məzələri və özəl dadları ilə qonaqlarına özlərini Egey dənizinin sahilində yerləşən qəsəbədə imiş kimi hiss etdirir.
"Grand Hyatt İstanbul"un tərkibində yerləşən, komfort və lüks tərzi bir araya gətirən "Gaia Spa & Fitness Centre" həm bədəni, həm də ruhu dincəldən şəxsi qulluq prosedurları ilə şəhər həyatının ritminə qısa bir fasilə vermək istəyənlər üçün ideal bir qaçış nöqtəsi təqdim edir. Peşəkar mütəxəssislərin etdiyi masaj və şəxsi qulluq terapiyaları, hər cür avadanlıqla təchiz olunmuş fitnes mərkəzi və ənənəvi türk hamamı ilə SPA təcrübəsini daha yüksək səviyyəyə qaldırır.
İstər iş səyahəti, istərsə də şəhərdə əyləncəli bir gün keçirmək istəyənlər üçün "GRAND HYATT İstanbul"da hər an özəl və unudulmaz bir təcrübəyə çevrilir. "GRAND HYATT İstanbul" şəhərin ən prestijli görüş nöqtəsi olmağa davam edir.
Ətraflı məlumat üçün www.grandhyattistanbul.com saytı və ya +90 (212) 368 12 34 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.