Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
"Avropa ölkələri Rusiyaya qarşı tab gətirə bilmirlər. Onlar Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan müdafiə potensialını artırmaq planlarını həyata keçirə bilməyəcəklər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzetində yazılır.
Qeyd olunur ki, Avropa ölkələrinin orduları strateji aviasiya, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və qoşunların idarə edilməsi imkanlarının çatışmazlığı ilə üzləşir. Bu funksiyaları əhəmiyyətli dərəcədə Vaşinqton yerinə yetirir ki, bu da Avropa təhlükəsizliyini tamamilə ABŞ resurslarından asılı edir.
"Avropanın hərbi sənayesi silah istehsalını artırmaqda çətinliklərlə üzləşir. Texnikanın əhəmiyyətli hissəsi Ukraynaya verilib, onların əvəzlənmə tempi isə kifayət deyil. NATO-nun baş katibi Mark Rütte əvvəllər qeyd edib ki, Avropa müdafiə sənayesi həcmcə çox kiçik, çox parçalanmış və çox ləngdir".
Vurğulanır ki, NATO-nun Ukrayna sərhədində keçirdiyi genişmiqyaslı təlimlərə və Avropa ölkələrinin hərbi xərclərinin tədricən artmasına baxmayaraq, alyans ABŞ-nin dəstəyi olmadan öz müdafiə məqsədlərinə çatmaqda çətinlik çəkəcək.
"Fevralda Ukrayna sərhədində keçirilən manevrlərdə NATO ölkələrindən təxminən 10 min hərbçi iştirak edib, lakin ABŞ öz qüvvələrini bu təlimlərə cəlb etməyib. Bu baxımdan, Avropa ölkələri ABŞ-nin iştirakı olmadan öz təhlükəsizliklərini təmin edə bilib-bilməyəcəkləri məsələsini ciddi şəkildə nəzərdən keçirməyə başlayıblar. Lakin hələlik Avropa orduları Amerika texnologiyaları və rəhbərliyindən asılı olaraq qalır", - deyə nəşr yekunlaşdırır.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını ifadə edib. Hələ dövlət başçısı vəzifəsinə seçilməzdən əvvəl o, Avropa tərəfdaşlarını öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti götürməsələr, ABŞ-nin Şimali Atlantika Alyansından çıxacağı ilə hədələyib. Vəzifəsinin icrasına başladıqdan sonra o, Avropadakı NATO dövlətlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa nail olmaq niyyətində olduğunu bildirib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Akif Çağatay Kılıc: "Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil"
- Makronun Fransa üçün ən böyük "nailiyyəti" - Paris autsayder vəziyyətinə salınıb
- Prezident: "Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır"
- Prezident: "Bəzən sülhə nail olmaq üçün gücdən istifadə etməlisiniz"
- Şarl Mişel: "Müasir dünyaya dialoq üçün platforma lazımdır"