Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda "Fövqəladə ehtiyatların nomenklaturası" təsdiq edilib
Nazirlər Kabineti "Fövqəladə ehtiyatların nomenklaturası"nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bundan başqa, qərarla hökumətin "Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nın təsdiq edilməsi barədə" 27 aprel 2023-cü il tarixli qərarı ləğv edilib.
Dövlət Ehtiyatları Agentliyi və digər məsul saxlayıcılar qərardan irəli gələn məsələləri həll etməlidir.
"Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar