2025-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.2% artaraq 3.441 mlrd. manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.908 mlrd. manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 10.2% artaraq 2.4 mlrd. manat təşkil etmişdir.
2025-ci ilin II rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.5%, yəni 55.0 mln. manat artaraq 534.00 mln. manat, xalis mənfəəti 26.6 mln. manat təşkil etmişdir.
Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 11.8% artaraq 101.6 mln. manata, qeyri-faiz gəlirləri isə 31% artaraq 26.4 mln. manata yüksəlib.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, "138" çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.