Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeni təhsil modeli: Kurs əsaslı hazırlıq məktəbinə qeydiyyat başladı!
"LANDAU School" və "Leznik & Co."nun birgə layihəsi olan "9-11 Hazırlıq Məktəbi"nə 2025-2026 tədris ili üçün qeydiyyat başlayıb.
Bu proqram artıq 300-dən çox şagirdin təhsil aldığı uğurlu bir modeldir və öz effektiv metodikası ilə seçilir. Kurs əsaslı Hazırlıq Məktəbinin fərqi ondan ibarətdir ki, 9-11 siniflərdə valideynlər və şagirdlər həm attestat imtahanına, həm yerli, həm də xarici universitetlərə qəbul imtahanlarına hazırlıq üçün ayrı-ayrı ünvanları seçmək məcburiyyətində qalmırlar. Bu hazırlıq proseslərinin hamısı vahid məkanda keçirilir, beləliklə, şagirdlər və valideynlər üçün zaman və resurslardan səmərəli istifadə imkanı yaranır. Hazırlıq Azərbaycan və rus bölmələri üzrə müvafiq qruplar şəklində təşkil edilir.
Bu ildən etibarən, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına hazırlıq da bizimlə mümkündür.
Ən mühüm yeniliyimiz odur ki, ötən il yalnız xarici universitetlərə hazırlıq kursları təşkil olunurdusa, bu ildən artıq DİM imtahanlarına hazırlıq da daxildir. Beləliklə, abituriyentlər yerli universitetlərə qəbul olmaq üçün əlavə imkanlardan yararlana biləcəklər.
Üstünlüklərimiz aşağıdakılardır:
· Buraxılış, yerli və xarici universitetlərə qəbul imtahanlarına, eləcə də beynəlxalq imtahanlara hazırlıq - hamısı eyni proqramda;
· Gündəlik 4 saatlıq dərs rejimi - vaxtın effektiv idarə olunması;
· Təhsil haqqının aylıq ödəniş imkanı;
· "LANDAU School"un baş akademik direktoru Emil Leznik tərəfindən hazırlanmış xüsusi SAT metodikası.
Proqramlar
· Attestat + DİM qrupları üzrə fənlər (I, II, III və IV qruplar);
· Attestat + PreIELTS;
· Attestat + SAT + IELTS/TOEFL;
· Attestat + IELTS/TOEFL;
· Attestat + DİM qrupları (I, II, III və IV qruplar) + IELTS (əlavə seçim);
· Attestat + SAT + IELTS/TOEFL + AP fənlər.
Hazırlıq məktəbini başa vuran şagirdlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş "LANDAU School" attestatı veriləcək.
Əlaqə üçün *3170 qısa nömrəsinə zəng edin və ya landauschool.com saytında "9-11 Hazırlıq Məktəbi" bölməsinə keçid edərək onlayn qeydiyyatdan keçin.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?
- Səməd Bəşirli: "Son illər BMT ilə birlikdə 142 milyon dollarlıq layihələr icra edilib"
- Şagirdlərin bilikləri hansı üsulla qiymətləndirilməlidir? - "Summativlərdə ciddi çatışmazlıq var"
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Rəylər