Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağ Evdən yaradıcılığa: Co Bayden yeni işiylə bağlı müqavilə imzaladı
ABŞ-nin sabiq prezidenti Co Bayden yaradıcı peşə sahiblərinin maraqlarını təmsil edən ən nüfuzlu agentliklərdən biri olan "Creative Artists Agency" (CAA) ilə yenidən əməkdaşlıq müqaviləsi imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə CAA-nın həmsədri Riçard Lovett özünün "Instagram" hesabından bəyan edib.
O, Baydenlə tərəfdaşlığın yenilənməsindən məmnunluğunu gizlətməyib.
"Daxili və beynəlxalq məsələlərdə ən hörmətli və nüfuzlu insanlardan biri ilə yenidən əməkdaşlıq etmək bizim üçün şərəfdir", - deyə o qeyd edib.
Qeyd edək ki, bu, Co Bayden və CAA arasında ilk əməkdaşlıq təcrübəsi deyil. Agentlik 2017-2020-ci illərdə də siyasətçinin maraqlarını təmsil edib. Bunun nəticəsində Baydenin həyat və karyera hekayəsini bölüşdüyü "Promise Me, Dad: A Year of Hope, Hardship and Purpose" memuarı işıq üzü görüb.
Lakin bu dəfə 82 yaşlı demokratın CAA ilə əməkdaşlığının konkret məqsədləri hələ açıqlanmayıb.
Ekspertlər güman edir ki, Bayden kimi nüfuzlu siyasətçi konkret ideyalar olmadan agentliyə qayıtmazdı. Ola bilsin ki, keçmiş ABŞ prezidenti yeni kitab və ya başqa yaradıcı layihə üzərində işləməyi planlaşdırıb.
"Co Bayden" teqi üzrə xəbərlər
- Tramp Baydeni Ukraynaya pul paylamaqda ittiham etdi
- ABŞ dövlət katibi: "Baydenin Kiyev siyasəti Ukraynanı 100 il geri saldı"
- Pentaqon Baydenin əfv etdiyi generalın şəxsi mühafizəsini və məxfi sənədlərə çıxışını əlindən aldı
- Trampın prezidentliyi Cənubi Qafqaz üçün hansı imkanlar yarada bilər? - "Kaspi"nin TƏHLİLİ
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
Rəylər