ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni böyük həcmdə silah-sursatı Ukraynaya təmənnasız verməkdə ittiham edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə noyabrda keçiriləcək aralıq seçki ərəfəsində tərəfdarları üçün təşkil olunan mitinqdə çıxışı zamanı danışıb.
"Mən ilk prezidentlik müddətimdə (2017-2021-ci illər) silahlı qüvvələrimizi yenidən qurmuşdum, Bayden isə sonradan bunun çox böyük hissəsini Ukraynaya bağışladı. O, həddindən artıq çox şey verdi. Avropa İttifaqından pul istəmək kifayət idi və onlar ödəniş edərdilər. Mən gəldim və bunu etdim", - deyə dövlət başçısı vurğulayıb.