"Ukrayna və onun Prezidenti Volodimir Zelenski hərbi dəstək də daxil olmaqla yardımın artırılması tələbləri ilə ABŞ-nin səbrini müntəzəm olaraq sınayırdılar".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin keçmiş prezidenti Co Bayden özünün "Mənə söz ver, Amerika" adlı xatirələrində (memuarlarında) danışıb.
"Amma mən etiraf etməliyəm ki, Zelenski ilə işləmək çətin idi... O və Kiyev daha çox silah və pul tələb edərək, dəfələrlə səbrimizi sınayırdılar. ABŞ böyük resurslara malikdir, lakin bu resurslar sonsuz deyil", - deyə Bayden yazıb.
Sabiq prezident vurğulayıb ki, Ukrayna liderinin tələblərindən narazılığını son dərəcə aydın şəkildə ona ifadə edib.
Bayden xatirələrində həmçinin bildirib ki, Ukrayna lideri onunla şəxsi söhbətlərində şıltaq və inadkar olub və gözlənildiyi qədər də minnətdar olmayıb. Co Bayden hələ 2022-ci ildə Ukrayna prezidentinin Kiyevə silah və pul təchizatı ilə bağlı yeni tələblər irəli sürməsindən sonra telefon danışığı zamanı Zelenskiyə səsini qaldırmağa məcbur olub.