Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Yves Delorme"dan yeni "Metamorphosis" yaz-yay kolleksiyası
Fransanın 1845-ci ildə təsis edilmiş məşhur tekstil və geyim istehsalçısı "Yves Delorme" evi yeni "Metamorphosis" yaz-yay kolleksiyası və məhdud saylı "Robestar" xəttinin buraxılışı ilə öz yubileyini qeyd edir.
Adı "çevrilmə" kimi tərcümə olunan "Metamorphosis" kolleksiyası qədim Romanın məşhur şairi Publi Ovidi Nazonun əsərinin şərəfinə adlandırılıb. Poemanın qəhrəmanları antik mifologiyanın personajları - tanrılar, muzalar, nimfalar, titanlardır. Onlar təbiət hadisələrini, onun gizli sirlərini, bir vəziyyətdən digərinə fasiləsiz keçidini təcəssüm etdirirlər. Daim baş verən, insanın bəzən görə bildiyi, bəzən isə görə bilmədiyi ecazkar dəyişiklikləri.
Kolleksiya əsl fransız sənətkarlığı ənənələrini qoruyan və ənənəvi eleqantlığı yaradıcı formada yenidən şərh edən "Yves Delorme"un təkamülünü simvolizə edir. Ovidinin poemasında olduğu kimi, "Yves Delorme"un "Metamorphosis" kolleksiyasında da təbiət adətkərdə olduğumuz dünyanın yeni səviyyəsində - reallığın fantaziyaya qarışdığı, formaların və rənglərin bir-birinə qovuşduğu, işıq və kölgələrin oyununun sehrli yuxularla ahəng təşkil etdiyi miflərin təzahüründə qarşımıza çıxır. Brendin dizaynerləri çevrilmənin füsunkarlığını ötürmək üçün çalarların rəvan keçidini əks etdirən akvarel rəsmlərinə bənzər təsvirlər ərsəyə gətiriblər.
Fransız tekstil istehsalı ənənələrini davam etdirən "Yves Delorme" müxtəlif fakturalarda, o cümlədən naxışlı jakkard və yüksəkkeyfiyyətli orqanik pambıqdan istifadə edib. Formalaşmış ənənələr sayəsində kolleksiyaya yataq dəstləri və dəsmallarla yanaşı, yastıq, yorğan və aksesuarlar kimi dekor əşyaları da əlavə edilib. Onların dizaynında təbii motivlər və çevrilmə ideyaları təcəssüm etdirilib.
Paris ətrafında yerləşən məşhur "Château de Chantilly" (Şantiyi) qəsri "Yves Delorme" tarixinin bir hissəsinə çevrilib, çünki kolleksiyasının çəkilişləri məhz burada baş tutub. Bağları, daş hörgüsü və su hövzələrinin landşaftı ilə bu qəsr çevrilmə və vaxtın keçməsi mövzusunu ifadə etmək üçün ideal məkandır. "Château de Chantilly" fransız köhnə rejiminin - "zərafət əsrinin" təcəssümüdür. Məhz bu dövrdə yataq və vanna otaqları dekorasiyasının zərafəti xüsusi əhəmiyyət daşımağa başlayıb. Bu da "Yves Delorme"un fəaliyyətini bu günədək fərqləndirir.
"Robestar" layihəsi də brendin yubileyinə həsr olunub. Bu təşəbbüs çərçivəsində 180 xalat hazırlanıb. Onlar "Yves Delorme"un əvvəlki kolleksiyalarının dizaynları və arxiv təsvirləri əsasında işlənib. 180 model məşhur rep, caz və pop musiqi ifaçılarından ilhamla yaradılıb. Onlar nəsillərarası mədəniyyət və əlaqəni simvolizə edir. Xəttin adı fransız dilində "robe" (paltar) və ingilis dilində "star" (ulduz) sözlərindən formalaşıb. Xalatların parçası brendin Sevelencdəki istehsalatında unikal jakkard texnologiyası ilə hazırlanıb.
Ünvan: Azərbaycan, Bakı şəhəri, 28 may küçəsi, 26.
Əlaqə nömrəsi: +994 (12) 493-13-34
"Yves Delorme" tekstil brendini Azərbaycanda onun rəsmi distribütoru - "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Yves Delorme" və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/yves-delorme