Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SAXAL Xan-Yunisdə HƏMAS-ın yüksəkrütbəli rəsmisini zərərsizləşdirib
İsrail Müdafiə Qüvvələri (SAXAL) mayın 13-də Fələstinin HƏMAS hərəkatına məxsus mövqelərə zərbə endirib. Zərbə nəticəsində Qəzza zolağında HƏMAS hökumət başçısının varisi hesab edilən, hərəkatın maliyyə və idarəetmə məsələlərinə cavabdeh rəsmisi İsmayıl Barxum zərərsizləşdirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə məlumat qurumun rəsmi "Telegram" kanalında yayımlanıb.
Bildirilib ki, zərbə HƏMAS-ın Xan Yunisdə yerləşən komanda-nəzarət mərkəzinə endirilib. İsrail ordusu iddia edir ki, həmin mərkəz "Naser" tibb kompleksində yerləşib.
"Bu tibbi kompleksdən İsrailin dinc əhalisinə və əsgərlərinə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub. HƏMAS-ın yüksəkvəzifəli şəxsləri xəstəxananı və onun ətrafını terror fəaliyyətləri üçün istifadə etməkdə davam edir, oradakı mülki əhalinin həyatını təhlükə altına alırlar", - deyə açıqlamada bildirilir.
İsrail ordusu qeyd edib ki, əməliyyatdan öncə mülki əhaliyə zərər dəyməməsi üçün müəyyən tədbirlər görülüb.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrailin 60 qırıcısı Tehranda 20 hərbi hədəfə zərbələr endirdi
- SEPAH: "İsrailin hava məkanına nəzarəti tam ələ keçirmişik"
- İsrail Kats: "İsrail ordusu bu gün çox əhəmiyyətli hədəfləri vuracaq"
- Netanyahu: "İsrailin hədəfində daha bir neçə iranlı alim var"
- İsrail ordusu HƏMAS-ın yeraltı kompleksini betonlayıb