Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabiq direktor məhkəmə zalında həbs edildi
Nizami Rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, onunla bağlı istintaq və məhkəmə dövründə həbs olmayan qətimkan tədbiri seçilmişdi.
İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Sığorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.
İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Azərbaycanda sabiq deputat barədə qərar VERİLDİ
- Narkoloji mərkəzin təqsirləndirilən məsul şəxslərinə pullar nə məqsədlə verilib?
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: "Martin öz etdiyi əməlləri ört-basdır edir"
- Dövlətə xəyanət etməkdə təqsirləndirilən Bəhruz Səmədova HÖKM OXUNDU
- Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsinə çağırıldı