Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dişlər haqqında bilmədiklərimiz
QİÇS-ə səbəb olan HİV virusunun ilkin dövrlərində ağız boşluğunda əlamətləri üzə çıxa bilər.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu estetik diş həkimi Efe Kaya deyib.
Efe Kaya diş və diş əti xəstəliklərinin sağlamlıq haqqında vacib işarə verdiyini açıqlayıb.
HİV pozitiv olan xəstələrdə ağız boşluğunda göbələk infeksiyasında artım hiss olunur. Ağız boşluğunda, xüsusilə də gənclərdə dodaqların kənarında ağ-qırmızı rəngli zədələr HİV əlaməti ola bilər.
QİÇS olduqda isə diş əti problemləri müşahidə olunur. Demək olar ki, bütün QİÇS xəstələrində diş əti iltihabı (qinqivit) müşahidə edilir. Diş əti problemləri, adətən, ağrılı və müntəzəm qanama ilə əlamətdardır. Ağız içində ağrısız, xüsusilə damaq bölgəsində bənövşəyi-qəhvəyi rəngli yaralar HİV-in əlaməti ola bilər.
Ağız boşluğunda üç həftə boyunca sağalmayan və davamlı olaraq qanayan yaralara diqqət edilməli, mütləq həkimə müraciət olunmalıdır. Xərçəng xəstəliyi bədənin sağalma mexanizminə zərər yetirdiyindən və bədəni idarə olunmayan hüceyrə bölgüsünə məcbur etdiyindən bu hal xərçəngin əlaməti ola bilər.
Ağız içindəki tüpürcək dişləri təmizləyərkən dişlərin çürüməsinin qarşısını almağa da xidmət edir. Bu səbəbdən tüpürcəyin miqdarının azalması dişlərin çürüməsinə səbəb olur.
Diş əti çənə bölgəsindən qan damarları alır və qidalanır. Diş ətinin sağlam rəngi çəhrayı rəngdir. Solğun diş əti rəngi anemiya (qansızlıq) xəstəliyinin əlaməti ola bilər.