Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Günəşdə güclü partlayışlar baş verib
Günəşdə M sinfinə aid beş partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.
Bildirilib ki, gün ərzində ilk və ən güclü partlayış çərşənbə axşamına keçən gecə baş verib.
"Dekabrın 24-də Bakı vaxtı ilə 04:19-da 3932 (S18E23) günəş ləkələri qrupunda rentgen diapazonunda on dəqiqə davam edən M4.7 partlayış qeydə alınıb", - məlumatda deyilir.
Bundan əlavə, M1.0, M4.2 və iki M1.1 partlayışı da baş verib.
"Günəşdə partlayış" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər