Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Peris Hilton yeni imici ilə pərəstişkarlarını şoka saldı
Məşhur aktrisa, model və müğənni Peris Hilton öz görünüşünü kökündən dəyişib, bununla da pərəstişkarlarını heyrətə gətirib.
Oxu.Az-ın verdiyi məlumata görə, "Daily Mail" bununla bağlı kadrlar paylaşıb.
Paparatsiyalar ulduzu əri, biznesmen Karter Reumla Beverli-Hilzin elit rayonunda alış-veriş edərkən çəkiblər. Görüntülərdən aydın olur ki, hər zaman sarışın saçı ilə tanınan Hilton ictimaiyyət qarşısına qaraşın obrazında çıxıb.
Onun yeni imici ulduzun pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Hiltonu bu cəsarətli dəyişimi münasibətilə təbrik edib, digərləri isə sarı saçın onun əsl obrazı olduğunu bildiriblər.
Qeyd edək ki, Peris Hilton Karter Reumla 2021-ci ilin noyabrında ailə qurub. 2023-cü ilin yanvarında onlar ailələrinin böyüdüyünü elan ediblər - surroqat anadan oğlanları Feliks dünyaya gəlib. Elə həmin ilin noyabrında Peris Hilton və Karter Reumun London adlı qızı doğulub. Buna baxmayaraq, 41 yaşlı Peris Hilton ictimaiyyəti təəccübləndirməyə davam edir. Dekabr ayının əvvəlində o, tamamilə çılpaq provokativ fotosessiyada iştirak edib. Onun obrazını yalnız parlaq hündür dabanlı uzunboğaz çəkmələr və sırğalar tamamlayıb.
Rəylər