Meksikanın Tamaulipas ştatında iki mühərrikli kiçik təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Piper” tipli təyyarə San Luis Potosi şəhərindən Torreona uçarkən hələlik məlum olmayan səbəbdən yerə çırpılıb. Ölənlərdən 5 nəfərin bir ailə üzvü, bir nəfərin isə pilot olduğu bildirilir.
Məlumata görə, qəza ucqar ərazidə baş verdiyindən xilasedicilər hadisə yerinə gec gəlib. Meyitlərin yanaraq tanınmaz hala düşdüyü bildirilir.