Türkiyə hakimiyyəti ölkədə ən azı 103 general və admiralı hərbi çevriliş cəhdindən sonra saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-nə istinadən “Gazeta.ru” məlumat yayıb.
Ankara məhkəməsi daha 99 nəfərin həbsinə icazə verib, onlar hərbi çevrilişə cəhd etməkdə ittiham edilirlər.
Türkiyə Silahlı Qüvvələri daxilində bir qrup hərbçi iyulun 16-na keçən gecə dövlət çevrilişinə cəhd edib. İstanbul və Anakarada helikopter və təyyarələr uçub. İstanbulda Bosfor üzərində iki körpü bağlanılıb. Prezidentin tərəfdarları küçəyə çıxaraq hərbçilərin və tankların hərəkətinə mane olublar.