Türkiyənin Bursa şəhərində 3 polis yaralanıb.
Oxu.Az İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, bir nəfər şəxs özünü 12-ci imam Mehdi elan edərək əlində ov tüfəngi ilə ətrafa atəş açmağa başlayıb.
İrfan adlı şəxs polislərə də atəş açıb. Atəş nəticəsində üç polis yaralanıb. Cinayətkar “İrana “f” əlavə etsən İrfan olur. Həqiqi Mehdi mənəm”- deyə qışqırıb. Polislər onu zərərsizləşdirə biliblər. O, “məndən sonra vəzifəmi övladlarım davam etdirəcək” deyib.