Bu ilin 11 ayı ərzində Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq xidmət göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xatırladaq ki, ötən ilin müvafiq dövrünə nisbətən göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 14,2 faiz artıb. Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.