Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
Rusiya Prezidenti Vladimir Putin Moskva ilə İrəvan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Rusiya lideri bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 7.4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2.5 dəfə artaraq 8.3 milyard dolları ötüb.
"Əgər bu templə hərəkət etsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir", - deyə V.Putin qeyd edib.
V.Putinin sözlərinə görə, ticarət-iqtisadi əlaqələr dinamik və uğurla inkişaf edir.
"Rusiya Ermənistan iqtisadiyyatında aparıcı xarici investordur, toplam təxminən 4 milyard dollar sərmayə qoyulub", - deyə V.Putin qeyd edib.
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Tramp-Putin görüşünün mümkün yerləri açıqlandı
- Yeni dünya nizamını kimlər quracaqlar?
- Tramp və Putin arasında görüş Türkiyədə olacaq?
- Volodin: "Putinə qarşı sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına birbaşa yol açır"
- Dmitri Peskov çətin sual qarşısında: Bayden administrasiyası Putini öldürməyə çalışıb?
Rəylər