Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Saqqız plomblara zərər verir? - Stomatoloq miflərdən və həqiqətlərdən danışdı
Saqqız çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsul haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, həqiqətən belədirmi?
Oxu.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib.
Onun sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır.
"Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən - saqqız və ya bərk qida olsun - zədələnə bilər. Saqqızın özü bu riski artırmır", - deyə həkim bildirib.
Stomatoloq, həmçinin saqqızın dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərmədiyi iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.
"Saqqız tüpürcək ifrazı prosesini stimullaşdırır ki, bu da ağızı ərpdən və qida qalıqlarından təmizləməyə kömək edir, həmçinin diş daşının əmələ gəlməsinin qarşısını alır", - deyə o bildirib.
Mütəxəssis bundan başqa saqqızın koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, insanın stres və narahatlıq səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.
Beləliklə, Şevçenkonun fikrincə, saqqız nəinki zərərli deyil, həm dişlərin və mədənin sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalıdır.
Rəylər