Hadisə Hindistanın Saqar vilayətində baş verib.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, Abxişek Patel adlı polis əməkdaşı, 400 məktəblini xilas etmək üçün qəhrəmancasına bir addım atıb. O, məktəbin ərazisində tapılmış 10 kq-lıq partlamamış mərmini götürərək ərazidən mümkün qədər uzaq məsafəyə aparıb.
Bu cəsur hərəkətinə görə, polis əməkdaşı 784 dollar məbləğində mükafatlandırılıb.
E.C.
www.oxu.az