Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

450 min yeni pikap və yolsuzluq avtomobilində nasazlıq aşkarlandı
"General Motors" və ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi genişmiqyaslı geri çağırış kampaniyası elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bu, üç markaya (Chevrolet, Cadillac və GMC) aid təxminən 450 min avtomobilə təsir edəcək.
Bildirilir ki, həmin avtomobillərdə əyləc mayesinin aşağı səviyyəsinin xəbərdaredici lampası işləməyə bilər. Əyləc mayesi sızması varsa, elektron əyləc idarəetmə modulu bəzi modellərdə xəbərdarlıq işığını yandırmaya bilər.
Bu, daha əvvəl kiçik qəzalara məruz qalmış avtomobillər üçün xarakterikdir. Xidmət mərkəzlərində təmir idarəetmə blokunun proqram təminatının yenilənməsi nasazlığı aradan qaldıracaq.
"avtomobillər" teqi üzrə xəbərlər
- Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Aldadıla bilərsiniz
- "Hyundai" bəzi avtomobillərini təcili geri çağırır - Ciddi təhlükə AŞKAR EDİLDİ
- "Mercedes-Benz" məşhur modelinin istehsalını dayandırır
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması: Sığortadakı PROBLEMLƏR