Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Eşitmə itkisinin gözlənilməz səbəbləri bəlli oldu
Stres və qeyri-sağlam irsiyyət eşitmə qabiliyyətinin itkisinə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
"Stres fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər ki, bu da eşitmə itkisinə səbəb ola bilər", - rusiyalı otorinolarinqoloq Yana Nikitkina bildirib.
Həkimlər tez-tez genetik pozğunluqlar səbəbindən uşaqlarda eşitmə itkisi ilə qarşılaşırlar. Yetkin insanlarda da eşitmə itkisinə irsiyyətin müəyyən rolu var.
"Elə insanlar var ki, hətta bir dəfə yüksək səslərə məruz qaldıqda belə, bu, eşitmə itkisinə səbəb ola bilər. Bunlar, ehtimal ki, bəzi genetik mutasiyalara görədir", - Nikitkina qeyd edib.
Onun sözlərinə görə, hər yaşda olan insanlar eşitmə itkisinə həssasdırlar. Qulaq iltihabı xəstəliklərinə gənclərdə daha çox rast gəlinir, yaşlılar üçün isə eşitmə sinir hüceyrələrinin yaşa bağlı pozulması ilə əlaqəli eşitmə itkisi xarakterikdir.
"Eşitmə qabiliyyətini bərpa etmək üçün ən vacib məqam erkən diaqnoz və vaxtında müalicədir", - deyə həkim yekunlaşdırıb.
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ
- Yatmazdan əvvəl meyvələrdən imtina etmək niyə vacibdir? - Həkimin xəbərdarlığı
- Suyun düzgün saxlanılmaması fəsadlara səbəb ola bilər
- Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR
- Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI
Rəylər