Amerika Birləşmiş Ştatları beş ölkədə diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Dövlət Departamentinin müvafiq bildirişi barədə məlumatlı mənbələrə istinadən məlumat yayıb.
"Ötən həftənin sonlarında konqresin bəzi komitələrinə göndərilmiş bildirişdə Dövlət Departamenti Sent-Corces (Qrenada), Naqoya (Yaponiya), Medan (İndoneziya), Duala (Kamerun) və Vinnipeqdə (Kanada) yerləşən nümayəndəliklərini bağlamağı nəzərdə tutduğunu açıqlayıb", - deyə məqalədə bildirilir.
Məlumata görə, əsas məqsəd kadrların ixtisar edilməsi və ABŞ-nin xarici siyasət idarəsinin restrukturizasiyası ilə bağlıdır.
Qeyd edilib ki, ABŞ-nin Livandakı səfirliyi Yaxın Şərqdəki gərginlik səbəbindən artıq bağlanıb.
Xatırladaq ki, Dövlət Departamenti bir il əvvəl kütləvi ixtisarlara başlayıb. Həmin vaxt 1 300-dən çox işçi işdən çıxarılıb.