Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ bir gündə min "qızıl viza" satıb
ABŞ bir gün ərzində 1000 "qızıl viza" sataraq 5 milyard dollar gəlir əldə edib.
Oxu.Az "Financial Express"ə istinadən xəbər verir ki, bunu ABŞ ticarət naziri Hoмard Lutnik açıqlayıb.
O qeyd edib ki, 37 milyon potensial alıcıdan ibarət bazarı nəzərə alaraq, ABŞ Prezidenti Donald Tramp bu eksklüziv kartlardan bir milyon sataraq ən azı 5 trilyon dollar qazana biləcəyinə inanır.
Lutnik xatırladıb edib ki, "qızıl kart" ideyası Trampın milyarder investor Con Polsonla görüşü zamanı ortaya çıxıb. Yığılan vəsait ABŞ-nin dövlət borcunun azaldılmasına yönəldilib ki, bu da hazırda 36,2 trilyon dollar təşkil edir.
Qeyd edək ki, "qızıl viza"ların hər birinin dəyəri 5 milyon dollardır.
"viza" teqi üzrə xəbərlər
- Çindən ABŞ rəsmilərinə viza məhdudiyyəti: Marşrutdan kənara çıxmalarına icazə verilməyəcək
- Rusiya XİN əcnəbilər üçün elektron vizaların etibarlılıq müddətinin artırılmasını təklif edib
- ABŞ bəzi xarici vətəndaşlar üçün vizaları ləğv edəcək
- Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
- Daha bir ölkə ilə viza tələbi ləğv edilib