Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban viza fırıldaqçılığında şübhəli bilinərək saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Macarıstanın Baş naziri Peter Madyar öz "X" hesabında yazıb.
"Viktor Orban təsdiqlədi ki, istintaq orqanları onun kiçik qardaşı Aron Orbanı saxlayıblar", - deyə o qeyd edib.
Madyar KİV-in məlumatlarına istinad edərək daha əvvəl bildirmişdi ki, Aron Orban qeyri-qanuni miqrasiyaya kömək etməkdə şübhəli bilinərək saxlanılıb.
Qaynar xətt:
(055) 224 12 12