"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub.
O, suala cavabında "Belə bir şey olmayacaq" deyib.
Qeyd edək ki, "Mançester Yunayted"in uğursuz çıxışı Kerrik üzərində təzyiqi artırıb. Klub son tur öz meydanında "Aston Villa" ilə bərabərliyə razılaşıb (4:4). Bu nəticədən sonra komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. "Mançester Yunayted"in çempionatda yeganə qələbəsi avqust ayında yüksək liqaya yeni yüksələn "İpsviç Taun"a qarşı qeydə alınıb.