Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-Çin ticarət müharibəsi qızışır: Ağ Evdən 104%-lik yeni gömrük rüsumu
ABŞ administrasiyasının qərarına əsasən, Çin məhsullarına 104% dərəcəsi ilə yeni gömrük rüsumları tətbiq edilir.
Oxu.Az xəbər verir ki, bu məlumat "Fox Business" jurnalistinin Ağ Ev mənbələrinə istinadən yayımladığı xəbərdə öz əksini tapıb.
Məlumata görə, yeni gömrük tarifləri aprelin 9-dan tətbiq ediləcək.
Bildirilir ki, yeni tariflər Çinin ABŞ məhshullarına cavab rüsumlarını ləğv etməməsi səbəbindən tətbiq edilib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp bir çox ölkələrlə yanaşı, Çin istehsalı məhsullara 34%-lik gömrük rüsumu tətbiq edildiyini açıqlayıb. Buna cavab olaraq, Çin ABŞ-dən gətirilən bütün mallar üçün analoji gömrük tarifi müəyyənləşdirib.
Ağ Ev Pekindən cavab rüsumlarını ləğv etməyi tələb edib, əks halda Çin üçün rüsumların daha da artırılacağı barədə xəbərdarlıq edib.