Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Təqsirləndirilən jurnalist ifadə verib
"Abzas Media" cinayət işi üzrə təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlərdən Fərid Mehralızadə ifadə verib.
O bildirib ki, "Abzas Media" saytı ilə heç bir əlaqəsi olmayıb. 2019-cu ildən 2024-cü il mayın 30-da həbs olunduğu günə qədər banklardan birində işlədiyini deyən Fərid Mehralızadə qeyd edib ki, həmçinin iqtisadi mövzuda təhlil yazıları hazırlamaqla yanaşı müxtəlif televiziya kanallarına və saytlara ekspert kimi müsahibələr verirdi. O bildirib ki, "Abzas Media" saytına da ekspert kimi müsahibə verib və bunun müqabilində hər hansı bir məbləğ almayıb.
Daha sonra məhkəmə prosesində şahidlər dindirilib.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.
"Abzas Media" saytının təsisçisi Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. Daha sonra baş redaktor Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə həbs olunublar. Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda əfqanıstanlı qardaşlar qıza görə bıçaqlanıblar - TƏFƏRRÜAT
- Övladlarının gözü qarşısında arvadı ilə qayınatasını öldürən şəxs ömürlük HƏBS OLUNDU
- Gəlinini doğrayanı azadlığa buraxdıracağını deyən sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR
- Baş həkim olmaq üçün verdiyi 280 min manat ələ keçirildi