ABŞ casus şarı səbəbindən Şimali Karolina və Cənubi Karolina üzərində hava məkanının bir hissəsini bağlayıb.
Bu barədə ABC News xəbər verir.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ hakimiyyəti bunun milli təhlükəsizliyin təmin edilməsi istiqamətində bir addım kimi qiymətləndirib.
01:55
ABŞ prezidenti Co Bayden bəyan edib ki, hələ fevralın 1-də Çinin hava şarını mümkün qədər tez vurmaq barədə əmr verib.
Co Bayden bu barədə Merilend ştatında jurnalistlərin suallarına cavab verərkən vurğulayıb.
“Lakin Müdafiə Nazirliyi təhlükəsizlik problemləri səbəbindən bunun təxirə salınmasını tövsiyə edib”, - deyə Birləşmiş Ştatlar prezidenti əlavə edib.
01:00
ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.
Hazırda vurulan şarın tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır.
Hadisənin digər təfərrüatları hələ açıqlanmır.
Xatırladaq ki, bir müddət əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kəşfiyyat şarını qeydə alıblar.
ABŞ casus şarı səbəbindən Şimali Karolina və Cənubi Karolina üzərində hava məkanının bir hissəsini bağlayıb.Bu barədə ABC News xəbər verir.Federal Aviasiya Admi...
Mənbə: Associated Press
Rəylər