ABŞ-ın Luiziana ştatında cütlük bir həftə ərzində bir neçə mağazanı qarət edib.
“Luisiana Post” xəbər verir ki, bu müddət ərzində 32 yaşlı Eşli və 35 yaşlı Metyu Forbs mağazalardan min dollar məbləğində pivə oğurlayıb.
24-29 fevral tarixlərində onlar iki mağazanı altı dəfə qarət ediblər.
Cütlük oğurluq edərkən müşahidə kameralarına düşüb və qısa zamanda polis tərəfindən həbs edilib.