ABŞ-da yağan qar bir çox sahələr olmaqla, aeroportların işinə də mənfi təsir göstərməyə davam edir.
Oxu.Az FlightAware-a istinadən xəbər verir ki, ölkədə 1,2 mindən çox reys ləğv olunub.
İndiyə kimi, 1254 reys ləğv olunub, 1159 aviareys gecikib.
Bununla belə, daha çox reys Çikaqo (İllinoys ştatı) və Detroyt (Miçiqan ştatı) hava limanlarında ləğv olunub.
Arktika siklonu mərkəzi ştatlardan keçməklə şimal-qərbdən hərəkət edir. Həmin ərazilərdə 25 milyondan çox amerikalının yaşadığı bildirilir.
A.M.
www.oxu.az