İranda 3,6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yerli vaxtla saat 21:08-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Tehrandan 48 km cənub-şərqdə, ocağı 13 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
A.M.
www.oxu.az