Floridada gecə məşqləri zamanı helikopter qəzaya uğrayıb və nəticədə yeddi dəniz piyadaçısı və dörd əsgər itkin düşüb. Bu barədə Associated Press məlumat verib.
Oxu.Az xəbər verir ki, insident Eglin Air Force Base hərbi bazasında baş verib. Qeyd olunur ki, helikopter dünən axşam saatlarında itib və bundan sonar axtarış-xilasetmə xidmətləri onu aşkar ediblər.
Helikopter məşq uçuşu zamanı plan sınaq uçuşları üçün istifadə olunan çimərliklərin birinin ərazisində qəzaya uğrayıb.