İlk növbədə mətləbə keçməmişdən öncə məşhur alman filosofu Fridrix Nitsşenin müasir dövrdə də aktual olan sitatını xatırlatmaq istərdim: “Bütün gizlədilən həqiqətlər zəhərə çevrilir” (All truths that are kept become poisonous).
“Gözə göz, dişə diş” prinsipini rəhbər tutan bizim bədnam qonşularımız Xocalıda insanlara edilmiş zorakılıqlara və qəddarlıqlara haqq qazandırmaq, özlərinə “əzabkeş” obrazı yaratmaq üçün 1988-ci ildə baş vermiş məlum Sumqayıt hadisələrini qabartmağa çalışırlar. Bu məqsədlər ermənilər həmişə olduğu kimi Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısında şou keçirməyə cəhd göndərirlər. Lakin 90-ci illərdən fərqli olaraq, internet əsrində yaşadığımız üçün insanları əvvəlki tək aldatmaq elə də asan məsələ deyildir. Hər il keçirilən iştirakçılarının əksəriyyətinin erməni olduğu bu piket-şoularda daha az insanın iştirakı şəkillərdən aydın sezilə bilər.
Kiçik bir xatırlatma: 1988-ci ilin fevralında baş vermiş (Xocalı soyqırımı ilə eyni gündə) Sumqayıt hadisələri zamanı ümumilikdə 26-sı erməni olmaqla 32 insan əslən erməni olan və hal-hazırda qonşu ölkələrin birində yaşayan Qriqoryan Albert Robertoviçin başçılıq etdiyi quldur dəstəsi tərəfindən qətlə yetirilmişdir. Qeyd olunmalıdır ki, müttəhimin məhkəmə iclasları Ermənistanda keçirilmiş və zərərçəkən ermənilər sözügedən şəxsin həqiqətən də onlara qarşı güc və şiddət tətbiq etdiyini etiraf etmişlər.
Ermənilər tərəfindən Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında təşkil olunan budəfəki şouya diqqətimi Argentinada fevralın 25 və 27-də təşkil olunmuş piket və ora cəlb olunmuş insanlar diqqətimi cəlb etdi. Erməni mətbuatında bu məsələ ilə bağlı getmiş məqalə və şəkillərdə insanların simasında ümidsizliyi və acizliyi sezmək mümkün olardı. Qeyd edim ki, azca ispan dili biliyim olduğu üçün Argentina mətbuatında bu piketlə bağlı demək olar ki heç bir məqalə dərc olunmamışdır.
Əksər piketlərdə olduğu kimi aksiya ilə bağlı yayılmış məlumatlarda erməni icması tərəfindən yanlış informasiya yayımlanmışdır. Erməni həmkarlarıma sual etmək istərdim: Nəyə görə yayılan həmin məlumatlarda Sumqayıt hadisələrinin əsas icraçısı kimi erməni əsilli QRİQORYANın adı göstərilmir? Məncə cavab sadədir: HƏQİQƏT HƏMİŞƏ ACI OLUR. Əfsuslar olsun ki, həqiqətləri gizlədən erməni ziyalılar xalqlar arasında sülhü və mehribançılığı təşviq etmək əvəzinə, “sobaya odun atmaqla” nifrət ehtirasları daha da qızışdırırlar. Bu kimi şeylərin nə ilə nəticələnməsi ilə bağlı dünya tarixində kifayət qədər qanlı hadisələr vardır.
250 mindən çox erməni icmasının yaşadığı Argentinada təşkil olunmuş budəfəki şouda erməni mənbələrinə görə 300-ə yaxın adam iştirak etmişdir. Halbuki şəkillərə baxan zaman bu piketə daha az sayda insanın cəlb olunduğu aydın sezilə bilər. Həmçinin, paytaxt Buenos-Ayresin mərkəzi hissələrində yerləşən səfirliyin qarşısında piket məhz əhalinin gur olduğu vaxt keçirilmişdir. Bu da şəkillərdə küçədən keçən, restorana və ya görüşə tələsən xeyli təsadüfi insanın düşməsini labüd edir. Bununla da real mənzərənin ermənilər üçün heç də ürəkaçan olmaması aydın hiss oluna bilər.
Ən acınacaqlı durum isə erməni icmasının Buenos-Ayresdəki məktəblərində təhsil alan MƏKTƏBLI UŞAQLARın bu aksiyaya cəlb edilməsidir. Yəqin ki bu fikir ilə hamı razılaşar ki, aksiyaya gəlməyə vadar edilmiş həmin məktəbli uşaqlar üçün ən prioritet məsələ sabahkı dərslərə hazırlaşmaqdır. Həmçinin, məsum uşaqlardan Nitsşenin dediyi kimi həqiqətlərin gizlədilməsi və onlara düşmənçiliyin aşılanması regionumuza gələcəkdə heç də davamlı sülh bəxş etmir.
Fikrimcə, Argentinada təşkil olunmuş bu piketdə az sayda insanın iştirakında səfirlik tərəfindən öncədən aparılmış təbliğat və təşviqat işi də öz rolunu oynamışdır.
Rauf Babayev
www.oxu.az