Amerikanın Nyu-York ştatında pitbulun üç yaşlı uşağa hücumu müşahidə kameraları tərəfindən qeydə alınıb.
Oxu.Az bu barədə 1news.az-a istinadən xəbər verir.
Məlumata görə, hadisə Roklend dairəsində baş verib. Uşaq öz yaşıdları ilə oynayan zaman, qonşunun pitbulu ona hücum edib və bir neçə metr asfalt ilə sürüyüb.
Uşaq ciddi travmalar alıb və xəstəxanaya yatırılıb. Hazırda o xəstəxanadan çıxarılıb və travmadan sonra evdə reabilitasiya kursu keçir.
İ.N.
www.oxu.az