Bakıda 23 yaşlı oğlan metro stansiyasının yaxınlığında bıçaqlanıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, metronun “Əhmədli” stansiyasından çıxan 1994-cü il təvəllüdlü Quliyev Kamran Sənan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
U.A.
www.oxu.az