ABŞ hökumətinin digər dövlətlərin rejimlərini devirmək istiqmətində çoxsaylı cəhdləri, bu ölkələrin vətəndaşlarını ona qarşı çıxarıb. Ona görə də, o ölkələrin hakimiyyətlərini devirməyə yox, onlar ilə işləməyə çalışmaq lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Vermont ştatından ABŞ prezidentliyinə namizəd Berni Sanders Univision ispandilli telekanalında demokratik debatlar çərçivəsində bildirib.
“Hesab edirəm ki, ABŞ rejimlərin dəyişməsinə cəlb edilmək əvəzinə, bütün dünyada hökumətlərlə işləməlidir. Yeri gəlmişkən, Latın Amerikasında bu fəaliyyət, orada Amerika əleyhinə əhval-ruhiyyənin yaranmasına səbəb olub”, - Sanders bildirib.
Onun sözlərinə görə, ABŞ Kubaya müdaxilə etmək istəyərkən, Nikaraqua və Qvatemalada hökumətin devrilməsini dəstəkləyərkən haqlı olmayıb.