ABŞ hökuməti İraqa 700 milyon dollar məbləğində 5 min AGM-114 Hellfire raketi çatdırmağı planlayır.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, İraq hakimiyyəti “hava-yer” tipli raketlərini İŞİD yaraqlılarının zəbt etdikləri torpaqları qaytarmaq üçün istifadə edəcək.
“İraq Hellfire raketlərindən hökumət qoşunlarına quru əməliyyatlarında yardım üçün istifadə edəcək”, - ABŞ-ın müdafiə və təhlükəsizlik üzrə agentliyi bəyan edib.
ABŞ dövlət departamenti artıq sazişə razılıq verib.