ABŞ-ın BMT-də daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Sergey Skripal və qızının zəhərlənməsində şübhəli bilinən şəxsləri Britaniyaya verməyə çağırıb.
Oxu.Az xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Qeyd edək ki, Britaniya hakimiyyəti Skripalların zəhərlənməsində şübhəli bilinən şəxslərin adlarını açıqlayıb. Bunlar Aleksandr Petrov və Ruslan Boşirovdur.