Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-də 1 000-dən çox aviareys təxirə salınıb
ABŞ-nin Şərq sahilində güclü qar yağması səbəbindən ən azı mindən çox aviareys təxirə salınıb.
Oxu.Az bu barədə "Newsweek" jurnalına istinadən xəbər verir.
Məlumata görə, ölkədə 1 458 reysin sərnişinləri yola düşəcəkləri vaxtı gözləyirlər, 56 reys isə ümumiyyətlə ləğv edilib. Jurnal qeyd edir ki, ABŞ-nin şərq sahili və şimal-şərqində uçuşlar çətinləşib. Həftəsonu Böyük Göllər yaxınlığındakı bəzi rayonlarda güclü qar yağacağı gözlənilir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar