Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də 2023-cü ildə kütləvi atışmaların sayı ilə bağlı qorxunc statistika - FOTO
Bu səhər Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışma 2023-cü ildə ABŞ-də qeydə alınan 565-ci belə hadisə olub.
Bu barədə Birləşmiş Ştatlarda odlu silahların istifadəsi ilə baş verən hadisələr haqqında məlumat toplayan “Gun Violence Archive” təşkilatı bəyan edib.
“Bu, (2023-cü ildə baş verən) 565-ci kütləvi atışma və 31-ci kütləvi qətldir”, - deyə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
Həmçinin vurğulanıb ki, Men ştatında atışma bütün cari il ərzində ölkədə baş vermiş silahlı zorakılıq hadisələri arasında qurbanların sayına görə ən böyüyüdür. Son məlumatlara görə, hücum nəticəsində azı 22 nəfər həlak ölüb, 60 nəfər yaralanıb.
Qurbanların sayına görə ikinci yerdə Kaliforniyanın Monterey Parkında baş verən atışma gəlir. Həmin hücum nəticəsində 11 nəfər həlak olmuşdu.
2023 Worst Mass Shooting unfolding tonight in Lewiston Maine... current numbers show 16 killed, 25 or more injured.
— The Gun Violence Archive (@GunDeaths) October 26, 2023
This is the 565th Mass Shooting this year, the 31st Mass Murder.
GVA will constantly update information as it is verified. https://t.co/7Z2aC7tZ5p
Rəylər