ABŞ-nin Kanzas ştatında baş vermiş atışmada hüquq-mühafizə orqanlarının dörd əməkdaşı yaralanıb.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
"Polislər Kanzas ştatının Topika şəhərinin cənubundakı kənd ərazisində məişət zorakılığı ilə bağlı daxil olmuş zəng əsasında evə gələrkən hüquq-mühafizə orqanlarının dörd əməkdaşı güllə yarası alıblar", - deyə məlumatda bildirilir.
Şübhəli polislə atışmadan sağ çıxa bilməyib.