Oktyabrın 31-də axşam saatlarında ABŞ-nin Alabama ştatının Birmingem şəhərindəki "Legion Field" stadionunun ərazisində atışma baş verib, bir neçə nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalının yerli bölməsi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 19:50 radələrində (Bakı vaxtı ilə noyabrın 1-i saat 04:45-də - red.) Amerika futbolu matçından bir neçə saat sonra baş verib.
Yaralananların dəqiq sayı açıqlanmır.
Qaynar xətt:
(055) 224 12 12