ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərinin mərkəzində baş vermiş atışmada ən azı üç nəfər ölüb. Onların arasında atışmanı törətməkdə şübhəli bilinən şəxs də var.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
ABŞ-də şəhər mərkəzində atışma: Ölənlər və yaralananlar var - VİDEO
Xəbərə görə, polis Qrant-strit küçəsindəki çoxmərtəbəli yaşayış binasında atışma olması barədə siqnalı yerli vaxtla 16:36-da alıb. Hadisə nəticəsində üç polis əməkdaşı xəsarət alıb.
İnsidentin səbəbləri və hücum edən şəxsin kimliyi haqqında hələlik heç bir məlumat verilməyib.
Qaynar xətt:
(055) 224 12 12