ABŞ-nin Missisipi ştatının kiçik Leland şəhərində atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" şəhər meri Con Liyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər həlak olub.
Merin sözlərinə görə, insident Meyn Stritdə, insanlar Leland Liseyi məzunlarının matçından evə qayıdarkən baş verib.
Atışma nəticəsində yaralanan dörd nəfər helikopterlə xəstəxanaya aparılıb.
Hadisənin istintaqı davam edir.