ABŞ-də avtomobil Detroyt hava limanının girişinə çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə, hadisə nəticəsində yaralananlar var.
ABŞ-də avtomobil hava limanının girişinə çırpılıb: Yaralananlar var
"Avtomobil Detroyt hava limanının qapılarına çırpılıb və bilet kassasını dağıdıb. Altı nəfər yaralanıb", - deyə məlumatda bildirilib.
Sürücü saxlanılıb. Qəzanın səbəbi məlum deyil və araşdırma aparılır.