Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-də bəy öz toyunda başından güllələndi
ABŞ-nin Sent-Luis ştatında kişi öz evində toy mərasimi zamanı başından güllələnib.
Polisin verdiyi məlumata görə, mərasim zamanı iki maskalı silahlı şəxs Dulse və Manuel Qonsales ailəsinin evinin həyətinə daxil olub. Naməlum şəxslər qonaqlara yerindən tərpənməməyi əmr ediblər. Hücum edənlərdən biri bəyin arxasında dayanıb, ikincisi isə qonaqların ciblərini yoxlamağa başlayıb.
Daha sonra hücum edənlərdən biri bəyi başından vurub. Hər iki cinayətkar qaçıb.
Manuel Qonsales xəstəxanaya yerləşdirilib və həkimlər onu xilas etmək üçün əllərindən gələni ediblər.
"O, həyatı üçün mübarizə aparır. Ümid edirik ki, bacaracaq", - deyə gəlinin bacısı Yaribet Penya bildirib.
Mənbə: ABC News
Rəylər